<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>125</hymn_number>
<title>Bu gecə Göylərdən İL125</title>
<lyrics>[V1]
 Bu gecə Göylərdən lütf endirildi
 Sakit yuxuda yatan şəhərə.
 Atanın bizə verdiyi hədiyyəni
 Yer üzü hazırdır qəbul etməyə.

[C1]
   Bu doğuluş bir möcüzə, doğulan Allah Oğlu,
   Hər bir kəsə qurtuluş, xilas verən O oldu.

[V2]
 Çöldəki çobanlar Onu görərkən
 Allaha həmd edib sevinirdilər.
 Axurda yatanın kim olduğunu
 Bilərək Allaha izzət verdilər.

[V3]
 Axurda uyuyan Xilaskar ilə
 Göylər yer üzünə yaxınlaşmışdır.
 Allah məhəbbəti, mərhəmətilə
 Xilas qapıların bizə açmışdır.</lyrics>
</song>